Oxu24.com Report-a istinadən xəbər verir ki, hadisə Energetik yaşayış massivində yerləşən "Nur” şadlıq sarayında baş verib. Belə ki, burada keçirilən toyun gedişində Yevlax rayonunun Tanrıqullar kəndindən olan adı hələki dəqiqləşdirilməmiş təxminən 50-55 yaşlı qadın qəfildən dünyasını dəyişib. Ona yardım üçün həkim briqadası çağırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qohumlar hüquq mühafizə orqanı nümayəndələrinə əlavə araşdırmalara ehtiyac olmadığını bildirib. Onların sözlərinə görə, qadın öz əcəli ilə gözlərinin önündə keçinib. Bundan sonra dünyasını dəyişən qadının meyiti toy məclisindən birbaşa Tanrıqullar kəndinə götürülüb. Oxu24.com
ŞƏRHLƏR