Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46107
az

Erməni hərbçilər Xankəndi, Xocalı və Xocavənddən tamamilə ÇIXARILIR - SON DƏQİQƏ!

17:1208 Yanvar, 2021
18777
HƏRBİ
  • A

Ermənistan ordusunda müqaviləli hərbi qulluqçularla (MAXE) müqavilələrə xitam verilir.

Oxu24.com  xəbər verir ki, bu barədə “medaport” teleqram kanalı yazıb.

Məlumata görə, Müdafiə Nazirliyi müqaviləli hərbi qulluqçulara bununla bağlı bildiriş göndərib:

“8 yanvar tarixindən etibarən onların müqavilələri ləğv ediləcək”.

Ermənistan Müdafiə Nazirliyindəki mənbə bildirir ki, yeni müqavilələr Qarabağdan çıxarılacaq hərbçilərin müəyyən hissəsi ilə imzalanacaq. Beləliklə, Ermənistan ordusunda hərbi qulluqçuların sayı azalacaq.

Bu, Qarabağda – Xankəndi, Xocavənd və Xocalıda hələ də qalan erməni silahlı birləşmələrinin tezliklə çıxarılacağı deməkdir.

10 noyabrda imzalanan üçtərəfli razılaşmanın 4-cü maddəsində erməni silahlı birləşmələrinin sülhməramlıların yerləşməsinə paralel olaraq çıxarılacağı əksini tapıb. Lakin razılaşmadan iki aya qədər vaxt keçməsinə baxmayaraq, bu hələ də reallaşmır. Rəsmi Bakı bununla bağlı qəti mövqeyini ortaya qoyub və gözləntilərə görə, 11 yanvarda (tarix dəyişə də bilər) Moskvada baş tutacaq Azərbaycan Prezidenti ilə erməni baş nazirinin görüşündə bu məsələ həll olunmalıdır.

“Armenian military portal” teleqram kanalı da bir neçə gün öncə yazırdı ki, yaxın gələcəkdə Ermənistan ordusu Qarabağdan tamamilə çıxarılacaq:

“Qarabağda yalnız yerli əhali, sülhməramlılar və az sayda erməni qüvvəsi qalacaq”./publika.az/

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

50 yaşınadək olan bu şəxslər... -MN məlumat yaydı
İran ordusu pilotsuz təyyarələrlə gücləndirilib
Raket vuruldu

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
24 yaşlı oğlan         intihar      etdi