Ermənistan Xarici İşlər Nazirliyinin saytında Ermənistana giriş üçün viza tələb olunmayan ölkələr sırasında Azərbaycanın da adı qeyd edilib.
Oxu24.com xəbər verir ki, yeniliyə əsasən, üzərində şəxsiyyətini təsdiq edən bütün müvafiq sənədlər olan Azərbaycan vətəndaşının Ermənistana girişinə maneəsiz icazə verilir. Bu isə o deməkdir ki, eyni qayda Ermənistan vətəndaşlarına da şamil olunmalıdır.
XİN-in rəsmi saytındakı yenilik erməni cəmiyyətində ciddi səs-küy yaradıb.
Məsələ ilə bağlı Qazet.az-a danışan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məlumatın həqiqəti əks etdirmədiyini, lakin bu istiqamətdə araşdırmanın aparıldığını qeyd edib.
ŞƏRHLƏR