Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46085
az

ABŞ-da “Pfizer” peyvəndi vurulan həkim öldü

12:5708 Yanvar, 2021
2631
DÜNYA
  • A

ABŞ-da "Pfizer” peyvəndi vurulan həkim iki həftədən sonra ölüb.

"Daily Mail” bu barədə xəbər yayır.

Mərhumun həyat yoldaşı Haidi Nekelmanın sözlərinə görə, 56 yaşlı əri Qreqori Maykl 18 dekabrda peyvənd edilib və 16 gün sonra həyatını itirib:

"Məncə, onun ölümü 100 faiz peyvəndlə əlaqəli idi. Bunun başqa bir açıqlaması yoxdur”.

O deyib ki, Mayklın aktiv həyat tərzi olub, siqaret çəkməyib, yalnız arada spirtli içki qəbul edib.

Bundan əlavə, peyvənddən əvvəl müayinədən keçən Mayklda heç bir xəstəlik aşkar olunmayıb.

Peyvənd olunduqdan üç gün sonra həkim qollarında və ayaqlarında qırmızı ləkələr müşahidə edib, bu da dərialtı qanaxma olduğunu göstərir. Müayinə zamanı onda kəskin trombosit çatışmazlığı tapılıb.

Həkimlər ona idiopatik trombositopenik purpura diaqnozu qoyublar. Onlar həmkarlarının həyatını xilas etməyə çalışsalar da, yanvarın 3-də kişi əməliyyatdan əvvəl beyin qanamasından ölüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Dünyanın ən yaşlı əkizləri doğuldu

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Lənkəranda 30 yaşlı kişinin    meyiti     tapıldı