Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46077
az

DİN-dən rayonlara icazəsiz gedənlərə XƏBƏRDARLIQ

10:5808 Yanvar, 2021
2297
REDAKTORUN SEÇİMİ
  • A

Koronavirusun geniş yayılmasının qarşısının alınması üçün respublikanın beş şəhər və 12 rayonunda sərtləşdirilmiş karantin rejiminin qaydalarının təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Oxu24.com  xəbər verir ki, bunu açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, əsas diqqət mövcud vəziyyətdə koronavirusa yoluxmanın qarşısını almağa yönəlib:

"Bu məqsədlə sözügedən ərazilərdə karantin postları qurulub. Həmin karantin postlarında müvafiq icazə almadan hərəkət etməyə cəhd edən şəxs və ya şəsxlərin qarşısı alınaraq, onlar barəsində qanunamüvafiq tədbirlər görülür.

Bütün bunların əsas məqsədi hər bir hərəkət iştirakçısının Nazirlər Kabinetinin qərarına uyğun olaraq izolyasiya qaydalarına ciddi əməl etməsini təmin etməkdir”.

Elşad Hacıyev xüsusilə fəaliyyətinə icazə verilən sahələrdə çalışan şəxslərin regionlara getməsi ilə bağlı məsələyə toxunub:

"Nazirlər Kabinetinin qərarına uyğun olaraq fəaliyyətinə icazə verilən sahələrdə çalışan şəxslərin Bakı, Abşeron və Sumqayıt şəhərlərində yaşayıb, işləməsinə baxmayaraq, kütləvi şəkildə bölgələrə getməsi müşahidə olunur.

Həmin şəxslərin onlara verilən icazələrdən sui-istifadə etməsinin qarşısını almaq üçün karantin postlarında nəzarət-profilaktik tədbirlər gücləndirilib.

Bu gün ölkədə hər bir şəxsin üzərinə düşən əsas vəzifələrdən biri koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə qaydalara riayət etmək və məsuliyyətli olmaqdır”.
 
(oxu.az)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Birbank Biznes-dən daha bir yenilik: sərəncam ödənişləri ölkədə ilk dəfə mobil tətbiqdə
Azərbaycanda güclü partlayış:Yaralılar var
Ayşən Kazımovanı binadan atdılar - Bakıda dəhşətli hadisə

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Milli Qəhrəman Əlif Hacıyevin qızları Xocalıda gözyaşlarını saxlaya bilmədilər...(VİDEO)
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
İmişli sakinlərindən 3 tüfəng götürüldü