Prezident İlham Əliyev avqustun 18-də "Lerik rayonunun Piran-Hamarat-Vıjaker avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
"Oxu24.com” xəbər verir ki, 8 min nəfər əhalinin yaşadığı 28 yaşayış məntəqəsini birləşdirən Piran-Hamarat-Vıjaker avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsindən 11,3 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyinə həmin maliyyələşməni təmin etmək tapşırılıb. Oxu24.com
ŞƏRHLƏR