Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46026
az

\"Dizimi yerə qoyub torpağı öpdüm\" - Şuşadan danışıb ağladı - VIDEO

18:1907 Yanvar, 2021
2802
  • A

Xalq artisti Nəzakət Teymurova "Bizimləsən" proqramının virtual qonağı olub.

Oxu24.com axşam.az-a istinadən bildirir ki, xanəndə bir müddət əvvəl getdiyi Şuşa ilə bağlı təəssüratlarını bölüşüb. Göz yaşlarını saxlaya bilməyən müğənni ilk ora ayaq basanda torpağı öpdüyünü deyib:

"O qədər həyəcanlı idim. Kamança ifaçısı Elşənlə məscidin yanına çəkilib ağladıq. Gedib məscidin kənarında dizimi yerə qoyub torpağı öpdüm. Sonra girib namaz qıldım, Allaha şükür etdim. Yol boyu dəhşətə gəlirdim, əsgərlərimiz necə qalxıb o dağlara. Onlar hansı yerlərdən keçib o dağlara qalxmışdı. Məscidin yanında gizlənib ağladım ki, heç kim görməsin. Paltarlarım da qara batmışdı".

Proqramda N.Teymurovanın atası Xosrov Teymurovun Ağdamda olan məzarının fotosu göstərilib. O, atasının 1986-cı ildə dəfn edildiyini söyləyib:

"Cavan bacım rəhmətə getmişdi, atamın yanında dəfn olunub. Onun məzarını dağıdıblar. Bu yaxınlarda Ağdamda tədbir olmalıdır. Demişdim, birinci gedim atamın, bacımın qəbrini ziyarət edim, sonra tədbirə qatılım".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Firəngiz Mütəllimovanın Şuşadakı evindən görüntülər - VİDEO
\
\

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanıldı