Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46017
az

İrandan dünyanı qorxuya SALAN ADDIM: Fransa, Almaniya və İngiltərə HƏRƏKƏTƏ KEÇDİ

13:5907 Yanvar, 2021
7183
  • A

Fransa, Almaniya və İngiltərə İranın uranın zənginləşdirilməsi proqramından narahatdır.

Oxu24.com  xəbər verir ki, bu barədə ölkələrin Xarici İşlər Nazirlikləri birgə bəyanat yayıb.

Bildirilib ki, İranın uranı 20%-dək zənginləşdirməsi dərin təşviş yaradır. Bu addımın inandırıcı səbəbi yoxdur və silahlanma riski daşıyır. Həmçinin, bu addım İranın Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsindəki öhdəliklərini açıq şəkildə pozur.

Bundan başqa, uranın zənginləşdirilməsi ABŞ ilə diplomatik danışıqlara geri qayıtmaq fürsətini təhlükəyə atır.

Avropa ölkələri İranı uranın 20% səviyyəsində zənginləşdirilməsi fəaliyyətinə dərhal son verməyə, proqramın nüvə sazişinin çərçivəsində həyata keçirməyə davam etməsinə çağırıb.

Qeyd edək ki, İran Atom Enerjisi Qurumu 5 yanvarda uranın zənginləşdirilməsi 20%-ə qaldırdığını açıqlamışdı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezidentin yüksək vəzifə verdiyi şəxs kimdir?- DOSYE
Ağır qəzada yaralandılar
Ağır qəza baş verib: 3 nəfər öldü

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM