Pakistan səfiri Bilal Hayee Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Oxu24.com -un xəbərinə görə, bu barədə pakistanlı diplomat "Twitter"də bildirib.
Görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
“2021-ci ildə Azərbaycan-Pakistan dostluğunun daha da güclənməsini səbirsizliklə gözləyirəm”, - deyə səfir qeyd edib.
Oxu24.com
ŞƏRHLƏR