Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46002
az

Azərbaycanda bələdiyyə sədrinin ölümünün şok detalları: Otaqdakı qız qaçıb...

10:2707 Yanvar, 2021
3790
  • A

İsmayıllı rayonunda Göyçay rayon Bəydövül kənd bələdiyyəsinin sədri Ramil Yusifovun meyiti tapılıb. Onun ölümü ilə bağlı detallar da məlum olub.
 
Oxu24.com -un   Qafqazinfo-ya istinadən  verdiyi xəbərə görə, R.Yusifov İsmayıllının İvanovka kəndində bir günlük kirayə ev tutaraq, qız tanışı ilə orada gecələyib.
 
Daha sonra isə onun meyiti tapılıb. Bədəni üzərində xəsarət izi aşkar edilməyib. Onun narkotik vasitələrin həddən artıq istifadəsi nəticəsində öldüyü ehtimal edilir. R.Yusifovun meyitinin yanından narkotik vasitələr də aşkar edilib. 
 
İstintaq onların metamfetamin və marixuana olduğunu ehtimal edir. Lakin maddələrin dəqiqləşdirilməsi üçün ekspertiza təyin edilib.
 
Hadisənin müəmmalı tərəfi budur ki, R.Yusifovla birlikdə İvanovkaya gələn qız dostu yoxa çıxıb. Hazırda istintaq həmin şəxsin yerini müəyyənləşdirməyə çalışır.
 
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanıldı
Bakıda qandonduran hadisə: Ölənlər və yaralı var
"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanıldı