Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4600
az

Hüseyn Abdullayevin 76 yaşlı anası ev dustağı oldu

14:4318 Avqust, 2018
1270
KRİMİNAL
  • A
 Avqustun 17-də Bakının Nəsimi rayon Məhkəməsi hakim Şəlalə Həsənovanın sədrliyi ilə Milli Məclisin keçmiş deputatı, sonradan Almaniyaya mühacirətə gedən və Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən Hüseyn Abdullayevin anası 76 yaşlı Zeynəb Abdullayeva barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin daha iki ay uzadılması barədə qərar qəbul edib.

Bu barədə Turan-a Abdullayevlər ailəsinə yaxın mənbələrdən məlum olub.

Nəsimi rayon Məhkəməsində belə bir prosesin olduğunu təsdiq ediblər.

"Biz məhkəmə prosesi barədə yalnız çəkişmə tərəflərinə məlumat veririk. Bu barədə medianın suallarına cavab vermirik", deyə prosesə sədrlik edən hakim Şəlalə Həsənovanın köməkçisi Turan-a bildirib.

Yerli medianın məlumatına görə, Bakının Nəsimi Rayon Polis İdarəsində Abdullayeva Zeynəb Bayraməli qızına qarşı Cinayət Məcəlləsinin 326.1 (Rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə) və 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə cinayət işi başlanıb.

Zeynəb Abdullayevanın oğlu Hüseyn Abdullayev bu il aprelin 21-də Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu