Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45943
az

Azərbaycanda metro bu tarixdən işləyə bilər - RƏSMİ AÇIQLAMA

18:0706 Yanvar, 2021
1173
CƏMİYYƏT
  • A

Son bir neçə gündə Azərbaycanda yoluxanların sayı kəskin azalıb. Belə ki, yanvarın 6-da Azərbaycanda 799 nəfər koronavirusa yoluxub, 2 383-ü isə müalicə olunaraq sağalıb və evə buraxılıb.Son sutkada 26 nəfər COVID-19-dan vəfat edib. Yoluxanların sayının azalması yanvarın 18-də yumşalmaların olma ehtimalını artırır. Hətta yanvarın 18-də metronun da fəaliyyətə başlayacağı ilə bağlı iddialar da var.

OXU24.com xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hələlik bununla bağlı bizə məlumat verilməyib:

"Yanvarın 18-də metronun açılacağı ilə bağlı hər hansı məlumat bizə daxil olmayıb. Həmişə olduğu kimi biz öz işlərimizi davam etdiririk. İkinci qərar olmasa, yanvarın 31-i metro yenidən öz fəaliyyətinə başlayacaq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR
Vətəndaşların nəzərinə: bu ərazidə su olmayacaq

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanıldı