Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45938
az

Azərbaycanda işıqpulu ARTACAQ - AÇIQLAMA

15:4006 Yanvar, 2021
3064
SON DƏQİQƏ
  • A

Xəbər verdiyimiz kimi, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.


İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.


Azərbaycanda əlaqəli sahələrdə məhsulların qiymətində artım müzakirə mövzusudur.

Oxu24.com  xəbər verir ki , bununla bağlı sonxeber.az-a iqtisadçı-ekspert Akif Nəsirli danışıb:


"Qeyd edim ki, hazırda bütün diqqət Aİ-92 və dizel yanacağına yönəlib, amma məsələ burasındadır ki, xam neftin də satış qiyməti artırılıb. Bu gün Azərbaycanda enerji əsasən xam neftin ayrılmasından, yəni ondan ayrılan mazut hesabına alınır. Deməli, bu, enerjinin də qiymətinə təsir edəcək.


Ölkədə elektrik enerjisi istehsalında əsasən xam neftdən alınan mazutdan istifadə edilir. Mazut yandırılır və elektrik enerjisi alınır. Belə çıxır ki, bir neçə aya Azərenerji də təkliflə müraciət edəcək ki, elektik enetrjisinin qiymətlərini qaldırsınlar.


Qiymət artımı elə bir addımdır ki, şaxəli şəkildə bütün iqtisadiyyatın sahələrini əhatə edəcək. Yəqin ki, hər kilovata 5-6 qəpik artım ola bilər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda güclü partlayış:Yaralılar var
Azərbaycanda zəlzələ oldu
SON DƏQİQƏ! Sudan meyiti tapılan şəxs görün kimdir - Axtarılırdı...

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanıldı