Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45933
az

ŞOK görüntü yayıldı: Ordumuz düşməni belə vurubmuş

12:3906 Yanvar, 2021
3360
OXU24 TV
  • A
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində uğurlu əməliyyatlarından biri də düşmənin S-300 zenit-raket qurğularının sıradan çıxarılması olmuşdu. Oxu24.com xəbər verir ki, bu gün erməni KİV-ləri "azərbaycanlılar S-300-ü necə vurdular” başlıqlı videogörüntülər yayıblar. Təhlükəsizlik kamerasına düşən kadrlarda "Harop”la düşmənin əvvəlcədən müəyyən edilmiş hədəfinin uğurla məhv edildiyi görünür. Ermənilər yenicə internetdə yayılan videonun İkinci Qarabağ müharibəsi zamanı qeydə alındığına şübhə etmədiklərini deyirlər. "Çünki "Harop” və S-300 yalnız Qarabağ savaşında "üz-üzə gəliblər”, -deyə qeyd edilir. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 30-da bir gün əvvəl gedən döyüşlər zamanı Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusunun sıradan çıxarılması barədə məlumat yaymışdı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səidin meyiti tapıldı- Video
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Putin avtomobili özü sürdü - VİDEO

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanıldı