Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev rusiyalı deputatların torpaq iddialarına sərt cavab verib.
Publika.az Nur.kz-a istinadla xəbər verir ki, ölkə başçısı həmin şəxslərə Qazaxıstan tarixini xatırladıb.
"Heç kim bu geniş topraqları qazaxlara hədiyyə etməyib. Tariximiz 1991 və 1936-cı illərdən ibarət deyildir. Biz bu torpaqlarda əcdadlarımız olan Qazax Xanlığı, Qızıl Orda, Türk Xaqanlığı, Hunlar və Saxalar dönəmində var idik." - Tokayev bildirib.
Bildirək ki, Rusiya Dövlət Dumasının deputatları Vyaçeslav Nikonov və Yevgeni Fyodrov Rusiyanın “Birinci kanal”ının efirində Qazaxıstan ərazisini Rusiya tərəfindən edilən "böyük hədiyyə" adlandırıblar.
Oxu24.com
ŞƏRHLƏR