Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45919
az

Əhaliyə xoş müjdə: Nazir müavini şəxsən açıqladı

08:5006 Yanvar, 2021
16239
CƏMİYYƏT
  • A
Vətən müharibəsində şəhid olan şəxslərin ailə üzvlərinin, müharibə əlilliyi olan şəxslərin və müharibə iştirakçılarının sosial vəziyyəti araşdırılır və buna uyğun olaraq dəstək tədbirləri həyata keçirilir. Oxu24.com xəbər verir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib. Anar Kərimovun sözlərinə görə, bu kontingentdən olan şəxslərin məşğulluğunun təmin edilməsi də prioritetlərdən biridir: "Qısa müddət ərzində 250-yə yaxın vətəndaş işlə təmin edilib, 1550 nəfər özünəməşğulluq proqramlarına cəlb olunub. Bununla yanaşı 150 hərbçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial reablitasiya mərkəzlərində müalicə alıb, 200-dən artıq müharibə iştirakçısına reabilitasiya vasitələri verilib, 8 hərbçi isə protezlərlə təmin edilib". Nazir müavini ikinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinin və müharibə iştirakçılarının avtomobil və mənzil təminatından da danışıb. Anar Kərimov deyib ki, son iki il ərzində sosial ödənişlərdə nəzərəçarpacaq dərcədə artım olub. Pensiya, təqaüd və müavinətlərlə bağlı islahatlar bu il də davam edəcək. Yaşa görə pensiyanın orta aylıq məbləğinin 370 manata, əmək pensiyalarının orta aylıq məbləğinin isə 340 manata çatması gözlənilir. Qeyd edək ki, son iki il ərzində sırf sosial ödənişlərin həcmində 1 milyard manat artım olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rütbədən məhrum edilən general kimdir? - DOSYE
İtkin düşən 2 nəfər tapıldı
642 itkin şəxsə aid meyit qalığı ekshumasiya edilib

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
YDM-də işçiyə saxta əskinas verən şəxs saxlanıldı