Nüvə bərabərliyi olduğu müddətcə dünya müharibəsi mümkün deyil.
Oxu24.com xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov "Soloviev Live" yutub proqramında deyib.
Onun sözlərinə görə, nüvə silahlarının mövcudluğu dünyanı müharibə ehtimalından xilas edir: “Baxmayaraq ki, burnumuzun ucunda dəhşətli müharibələr gedir və bu müharibələrin dayandırılmasından ən böyük ölkələr hələ də məsuliyyət daşıyırlar. Prezident Vladimir Putin nə etdi - Qarabağdakı müharibəni dayandırdı”, - Peskov bildirib.
Oxu24.com
ŞƏRHLƏR