Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45867
az

Şəhidlərimizin portretini yaradan gənc rəssam: "Söz vermişəm ki, bacardığım qədər onları öz işimlə tanıdacağam" - VİDEO

13:5705 Yanvar, 2021
3794
CƏMİYYƏT
  • A

İkinci Qarabağ müharibəsi zamanı şəhidlərimizə qarşı öz mənəvi borcunu yerinə yetirənlərdən biri də Həmidə Babayevadır.

Oxu24.com xezerxeber.az-a istinadən bildirir ki, Həmidə Dövlət Pedoqoji Kollecin 3-cü kurs tələbəsidir. O, müharibə başlayandan etibarən çəkdiyi əsərlərlə şəhid ailələrinin təsəlli yeri olub. Gənc rəssam bu işə ilk Polad Həşimovun portretini çəkməklə başlayıb.

Səhhəti ilə baglı müəyyən bir müddət problem yaşasa da, Həmidə buna məhəl qoymur və şəhid qardaşlarına verdiyi sözü yerinə yetirir, davam edir çəkməyə. O, hər portreti çəkəndə göz yaşlarını tuta bilmir, amma qürur duyur bütün şəhid qardaşları ilə.

İndiyə kimi 100-dən çox şəhidimizin portretini çəkib gənc rəssam. O əsərləri vaxt tapdıqca özü, bəzən də nənəsi və dayısı vasitəsilə şəhid ailələrinə çatdırır.

18 yaşlı Həmidə bütün xərci 70 manatlıq öz təqaüdü hesabına edir. "Nəyim varsa onlara fəda olsun" deyir.

Həmidə bütün şəhidlərimizin portretlərini çəkənədək bu işi davam etdirəcəyini deyir.

Mövzu ilə bağli daha ətrafli videomaterialı təqdim edirik:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalmanı sürətləndirən 5 amil
Telefonu gün ərzində neçə dəfə doldurmaq olar?
Bu da Üzeyir Mehdizadənin ATASI - FOTO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO