Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45827
az

Türkiyədən Azərbaycan əsgərinə qardaşlıq jesti: Yardım dolu yük maşını Bakıya çatdı

20:3504 Yanvar, 2021
4256
REDAKTORUN SEÇİMİ
  • A

İğdır Alulbeyt Vəqfinin təşkil etdiyi “Azərbaycanla həmrəylik” kampaniyası çərçivəsində “Həmrəylik Tırı” adlanan yardımla dolu yük maşını Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında qəbul edilib.

Müdafiə Nazirliyindən Oxu24.com-a  verilən məlumata görə, “Okuklu İnşaat” şirkətinin prezidenti, Türkiyəli iş adamı Yılmaz Okuklu məlumat verərək bildirib ki, yardımı Alulbeyt İğdır Şöbəsinin müdiri Ebülfez Kocadağ, İğdır “Alulbeyt Alimləri” dərnəyinin başqanı Veli Beder, İğdır Müftü yardımçısı Kudbettin Şen və “Alulbeyt Alimləri”nin üzvləri təşkil edib.

İş adamı qeyd edib ki, Azərbaycan xalqı işğalçı Ermənistan qarşısında böyük bir dastan yazaraq ölkə torpaqlarını Ana Vətəninə qovuşdurdu.

“Bu savaşda yüzlərcə vətən övladı şəhid oldu və yaralandı. Bütün türk xalqı, o cümlədən Alulbeyt Vəqfinin üzvləri də bu savaşda ən başından Azərbaycan xalqının yanında oldu və olmaqda davam edəcək.

Böyük istəklər qarşısında Azərbaycan xalqının yanında olduğumuzu nümayiş etdirmək üçün yardımla dolu yük maşınını bu gün qəbul edir və Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarına təhvil veririk. Əlbəttə ki, Azərbaycanın, Azərbaycan Ordusunun bu yardıma ehtiyacı olmadığını bilirik, ancaq bu həmrəyliyimizin nümayişidir”.

Yılmaz Okuklu bu yardımların davamlı olacağını və bunun qarşılığında yardım dolu bir yük maşınını İğdırda yaşayan yoxsul insanlar üçün göndərəcəyini qeyd edib.

Polkovnik-leytenant Camal Kərimov göstərilən yardıma görə Alulbeyt Vəqfinin rəhbərliyinə, yardımı Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarına çatdıran nümayəndə heyətinə dərin təşəkkürünü bildirib.

Zabit qeyd edib ki, bu tip yardımlar iki dövlət arasında olan əlaqələrin inkişafının, bütün sahələr üzrə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunun göstəricisidir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü leysan olacaq— XƏBƏRDARLIQ
DİQQƏT! Əhaliyə xəbərdarlıq edildi
Zaur Kamalın oğlu efirdə saqqız çeynədi - VİDEO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
YDM-də işçiyə saxta əskinas verən şəxs saxlanıldı