Oruc tutarkən susuzluğun qarşısını almaq üçün bunları edin
01 Mart 2025, 22:57
Qaynar xətt:
(+99450) 247 90 86ÖZƏL BÖLÜM
2837
04.01.2021, 19:37
"Azərbaycan bu ildən Avropanın enerji təhlükəsizliyində mühüm rol oyanmağa başlayıb. TAP boru-kəməri vasitəsilə Avropaya ilk qaz nəqli baş tutub. Bu, Azərbaycanın enerji sahəsi üzərindən Avropa ilə əməkdaşlığını genişləndirəcək və ölkəmizə siyasi dəstəyi artıracaq”.
OXU24.COM Teleqraf-a istinadən xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Azərbaycan Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TAP-la ildə 10 milyard kubmetr qazı Avropaya çatdıracaq:
"Azərbaycan Avropanın enerji bazarında öz rolunu artırmaqla, strateji mövqeyi ilə Mərkəzi Asiya ilə qitəni birləşdirir. Hesab edirəm ki, bu proyektin işə düşməsi Azərbaycanın müstəqil xarici siyasətinin gücləndirməsinə və kənar təzyiqləri neytrallaşdırmasına təkan verəcək. Bu baxımdan, xəttin işə düşdüyü vaxt Azərbaycana kənar təzyiqlərin artması təsadüfi deyildi.
Həmçinin oxuyun
2016-cı ildən başlayan tikinti işləri İtaliyada ciddi əngəllə qarşılaşdı. İtaliyanın Leççe şəhərində ekoloji problem bəhanə edilərək, boru-kəmərinə qarşı etiraz aksiyaları keçirildi. Bunun arxasında Beppe Qrillonun başçılıq etdiyi "No TAP” ictimai hərəkatı dayanırdı. Bu hərəkatın da Rusiya ilə ciddi əlaqələri vardı. Görünən bu idi ki, Rusiya Avropada "Qazprom”a rəqib istəmirdi. Amma İtaliya hökuməti və ABŞ-ın dəstəyi ilə bu əngəl ortadan qalxdı. Amma təzyiqlər bununla məhdudlaşmadı. Ötən ilin avqust ayında Trans-Adriatik qaz boru-kəmərinin inşası ilə bağlı işlərin 97%-i yekunlaşacaqdı. Amma Ermənistan iyul ayında bu xəttin bir hissəsinin keçdiyi Tovuz istiqamətində təxribata təşviq edildi. Amma bu da nəticə vermədi.
Azərbaycandan Avropaya uzanan enerji xətləri daim təzyiq altında ola bilərdi. Perspektivdə Mərkəzi Asiya qazının da bu xətlərə qoşulacağını nəzərə alsaq, Ermənistan yenə də burada əsas kart kimi istifadə olunacaqdı. Buna görə də Azərbaycan bu məsələlərə birdəfəlik son qoymaq üçün Qarabağda əks-həmlə əməliyyatlara başlayaraq ərazilərini işğaldan azad edərək, Ermənistanla sərhəd problemlərinə son qoymağa başlayıb”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycan enerji sahəsində Avropanın yaxın tərəfdaşı olaraq, beynəlxalq münasibətlər sistemində dəyişikliyə yol açan geosiyasi və geoiqtisadi layihələrdə iştirak etməklə Avropa İttifaqının Asiyaya açılımında əsas rollardan birini alıb:
"Azərbaycan yeni geosiyasi nizamda Cənub Qaz Dəhlizi və onun əsas seqmentləri - TANAP və TAP, habelə Bakı-Tiflis-Qars dəmir yolu və digər xətlər vasitəsilə Cənubi Qafqazda Avropa və Asiyanı bir-birinə birləşdirən "arterial damar” formalaşdırıb. Qarşıdakı perspektivdə Naxçıvan və Azərbaycan arasında Mehri dəhlizinin açılması gözlənilir. Bu dəhlizin açılması London-Pekin marşutunun işə düşməsi deməkdir. Bu meqalayihə nəticəsində Azərbaycan regionun aparıcı ölkəsi statusunu alacaq. Yəni Rusiyanın Dağlıq Qarabağdan Azərbaycana qarşı təzyiqləri nəticə verməyəcək. Azərbaycan süni şəkildə ortaya çıxacaq problemləri öz lehinə həll edə biləcək”.
16:52 / 18 Fevral 2025
1595
14:32 / 18 Fevral 2025
1837
15:14 / 13 Fevral 2025
3049
11:17 / 13 Fevral 2025
1397
18:35 / 06 Fevral 2025
1648
13:50 / 04 Fevral 2025
2218
11:09 / 30 Yanvar 2025
1597
20:19 / 29 Yanvar 2025
1598
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.