Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45772
az

“Rusiyadan bezmişik, sərhədlərimizi özümüz qorumaq istəyirik”

20:5703 Yanvar, 2021
2690
CƏMİYYƏT
  • A

“Rusiya silah sənayesi, otaq boyda olan "Bayraktara" məğlub olan silah sənayesidir. Bizim paradın yarısı Rusiyanın vurulan texnikası ilə dolu idi. Hərəkətlərinə diqqət etməlidir. Bizi məcbur etməsin ki, içiboş olduqlarını göstərək. Nəzərə alın ki, Rusiyanın daxilində nə qədər türk və müsəlman var. Rusiya düşünməsin ki, nə istəyir edəcək, Tatarıstan, Başqırdıstan sakit dayanacaq”. 

Oxu24.com-un xəbərinə görə, bunu AĞ Partiyanın sədri Tural Abbaslı deyib.

“Müharibədən əvvəl deyirdik ki, Rusiya Qarabağla bağlı məsələdə Azərbaycanı müdafiə etsin, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da, Avrasiya İttifaqına da qoşula bilərik. Amma Rusiya bunu etmədi. Özümüz müttəfiqlərimizlə məsələni həll etdik”  deyən T.Abbaslı bildirib ki, Rusiya Azərbaycanı itirmək istəmirsə, bu mərhələdə oyunpozanlıq etməsin, quduzlaşmış erməni terrorçularını dəstəkləməsin: “Biz sübut etdik ki, döyüşə bilirik, müasir texnikamız var. Rusiya mövqelərini böyütməyə çalışır, amma çox zəifdir. Bu müharibə onu göstərdi. Rusiya az qala deyir ki, Qarabağ problemi həll ediləcəksə, bəs biz nə ilə dolanacağıq. Biz sizi niyə yedirməliyik ki? Biz müstəlliyi camınızdan çox sevən millətik. Artıq bezmişik, sərhədlərimizi özümüz qorumaq istəyirik. Düşünməsinlər ki, cəmiyyət əvvəlkidir. Rusiya bizi ölkəsindəki soydaşlarımızla şantaj etməsin. Bilməz olmaz, oradakı azərbaycanlılar rusamı, yoxsa bizəmi fayda verir. Azərbaycan əlini çəksə, tərəvəz bazarı hansı vəziyyətə düşəcək?! Rusiyanı saxlayan miqrantlardır. Hansı günlərinə hamı ilə düşmən olurlar?”

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR
Vətəndaşların nəzərinə: bu ərazidə su olmayacaq

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev