Türkiyənin Malatya vilayətinin Arquvan qəsəbəsində cinsi istismara və zorakılığa məruz qalan 16 yaşlı qız dövlət himayəsinə götürülüb.
Publika.az xəbər verir ki, sosial mediada 2004-cü il təvəllüdlü və əqli qüsurlu olan qızın çoxsaylı şəxslər tərəfindən zorla cinsi əlaqəyə məcbur edilməsi barədə məlumat yayııb. Bundan dərhal sonra Türkiyənin Ailə,Çalışma və Sosial Xidmətlər Nazirliyi qızı himayəyə götürdüyünü və hadisə ilə bağlı araşdırmalar aparıldığını bildirib.
Malatya valiliyi də olayla bağlıaçıqlama verib. Qeyd edilib ki, ilkin müayinə zamanı qızın bədənində zorakılıq əlaməti aşkarlanmayıb.
Bildirilir ki, müxtəif şəxslər yetkinik yaşına çatmayan qızın əqli qüsurundan istifadə edərək onu cinsi əlaqəyə sövq ediblər.
Oxu24.com
ŞƏRHLƏR