Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45741
az

Müdafiə Nazirliyi Kamil zeynallı ilə bağlı açıqlama verib

13:5103 Yanvar, 2021
2684
  • A

Son günlər Kamil Zeynallı adlı sosial şəbəkə istifadəçisinin ön cəbhədə Azərbaycan əsgərlərinin qarşısında heç də birmənalı qarşılanmayan çıxışları gündəmin əsas müzakirə mövzularından biridir.

Sosial şəbəkələrdə gedən müzakirələrdə izləyicilərin əsas iradı K.Zeynallının şərəfinə Azərbaycan əsgərinin sıra düzülüşünə keçirilməsinə və onun çıxışlarına qulaq asmağa məcbur edilməsinə qarşı idi.

Məsələ ilə bağlı “24saat.org“-un sorğusuna verdiyi cavabda Müdafiə Nazirliyi bildirib ki, Kamil Zeynallı adlı sosial şəbəkə istifadəçisinin Azərbaycan əsgərini sıraya düzməsinin heç bir əsası yoxdur.

Nazirlik həmçinin bildirib ki, adıçəkiləm şəxsin Azərbaycan ordusunda heç bir vəzifəsi yoxdur və o, əsgərləri sıraya düzmək üçün heş kimdən icazə almayıb. MN “Sosial şəbəkə istifadəçisi olan digər şəxslər də istədikləri zaman əsgərimizi sıraya düzə bilərmi?” sualımıza da “xeyr” cavabını verib.

Xatırladaq ki, son günlər K.Zeynallı həm də Azərbaycan əsgərini sıraya düzərək müxalifətçi liderlərdən olan Tofiq Yaqublunun da ünvanına təhqiramiz ifadələr işlədib.

Əlbəttə, belə olan təqdirdə Kamil Zeynallının “Facebook” profilindən götürərək təqdim etdiyimiz videgörüntülərin necə ərsəyə gəldiyi, harda və hansı əsasla çəkildiyi barədə suallar açıq qalır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hərbi vəzifəlilərin növbəti təlim     toplanışı       başlayıb
Ruslar Ukraynaya məxsus qırıcı təyyarəni vurduqlarını iddia edirlər
Türkiyə Ordusuna AĞIR İTKİ

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto