Türkiyənin daxili işlər naziri Süleyman Soylu Şırnakda 5 terrorçunun zərərsizləşdirildiyini və silah-sursatın ələ keçirildiyini açıqlayıb.
Oxu24.com bildirir ki, Süleyman Soylu bu barədə Twitter hesabında xəbər verib:
"2021-ci ildə qəhrəmanlarımız Gabar Dağından ilk xəbəri veriblər. Mağarada 5 terrorçu zərərsizləşdirilib, silah-sursat ələ keçirilib. Allah övladlarımızı qorusun."
Oxu24.com
ŞƏRHLƏR