Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Türkiyə Cumhuriyyətinin vətəndaşı olan 1972-ci il təvəllüdlü Abdulhamid Ucqar ailə münaqişəsi zəminində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Süleymanova Fidan Vaqif qızına çoxsaylı bıçaq zərbələri endirib.
Əcnəbi vətəndaş daha sonra özünə də bir neçə bıçaq zərbəsi vurub.
Hər iki yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.
Müayinə zamanı F.Süleymanovanın qarın və döş qəfəsində 7 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası, A.Ucqarın isə qarın boşluğunda 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Hadisənin təfərrüatı araşdırılır.
Oxu24.com
ŞƏRHLƏR