Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45696
az

20 yaşlı gəlin ərini atıb sevgilisinə qaçdı - MEYİTLƏRİ EYNİ YERDƏ TAPILDI

21:0902 Yanvar, 2021
2268
KRİMİNAL
  • A

Türkiyədə gənc cütlük öldürülüb.

Dəhşətli qətl Kırşehir vilayətinin Kaman rayonunun Bayramözü kəndində baş verib. Kənd sakini olan 20 yaşlı Vildan İncə bir müddət əvvəl ailəsi tərəfindən zorla əmisi oğluna ərə verilib.

Lakin 50 gün əvvəl yeni gəlin sevdiyi 24 yaşlı Osman Çelikə qoşularaq qaçıb. Təxminən ay yarım ərzində harada olduqları bilinməyən cütlük 3 gün əvvəl Osmanın valideynləri ilə bayramlaşmaq üçün kəndə qayıdıblar.

Bundan xəbər tutan qızın ailəsi ismarış göndərərək onları bağışladıqlarını və Osmanla birgə qonaq dəvət etdiklərini, birdəfəlik barışmaq istədiklərini deyiblər. Bu xəbərə sevinən cütlük V.İncənin ata evinə gediblər. Burada qızın atası, əmisi, dini nikahlı əri və bir neçə digər şəxs onları tələyə salaraq tutub. Hər iki şəxsi öldürən ailə üzvləri onların meyitlərini kəndin yaxınlığında basdırıb.

Osman Çelikdən xəbər ala bilməyən ailəsi polisə müraciət edib. Məlum olub ki, onların 24 yaşlı oğullarını qaçırdığı qızla birlikdə V.İncənin yaxınları amansızlıqla öldürüb. Gənclərin meyiti basdırıldıqları yerdən çıxarılıb.

Artıq cinayəti törədən şəxslər tutulublar.(publika)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi
Qazaxda evdə yanğın -VİDEO
Xaçmaz sakinindən "Kalaşnikov" götürüldü- VİDEO

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+