Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45645
az

ABŞ-da azərbaycanlı şagird Donald Trampın xüsusi mükafatına layiq görülüb

10:2002 Yanvar, 2021
1717
REDAKTORUN SEÇİMİ
  • A

ABŞ-ın Merilend ştatının “Crofton” məktəbində təhsil alan həmyerlimiz, 14 yaşlı Xədicə İbrahimova təhsildə xüsusi müvəffəqiyyətlərinə görə Birləşmiş Ştatlar Prezidenti Donald Trampın imzası ilə “Outstanding Academic Excellence” mükafatına layiq görülüb.

Xədicənin atası İmamverdi İbrahimov “Report”a müsahibəsində bildirib ki, qızı hələ kiçik yaşlarında xüsusi istedadı ilə həmyaşıdlarından fərqlənib və təhsil aldığı məktəbdə bu günə qədər müxtəlif fənlər üzrə uğurlarına görə 40-dan çox mükafat alıb: "Həyat yoldaşım da, mən də Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişik. 2005-ci ildən ABŞ-da yaşayırıq. İki övladım var - Xədicə və Dəniz. Xədicə 2006-cı ildə Vircinyada doğulub. Hazırda 9-cu sinif şagirdidir. Dəniz isə birinci sinfə gedir.

Xədicə hələ 5 yaşından məktəbdə oxumağa başladı. Hazırda riyaziyyat və inglis dili üzrə xüsusi istedadlı uşaqlardan ibarət proqram üzrə təhsil alır”.

O, qeyd edib ki, ABŞ-da ibtidai, orta və yuxarı siniflərin təhsildə nailiyyətləri ilə fərqlənmiş şagirdlər üçün müəyyən olunmuş mükafat Orta Məktəb Direktorlarının Milli Assosiasiyası tərəfindən nəzərdə tutulmuş meyarlar əsasında verilir: “Sevinirəm ki, övladım məhdud sayda şagirdin layiq görüldüyü ABŞ Prezidentinin mükafatını aldı. Mükafat Xədicəyə Prezident Trampın və Təhsil nazirinin adından təqdim edildi. Xədicə bu günə qədər məktəbdə müxtəlif nominasiyalar üzrə onlarla mükafata layiq görülüb. Ancaq Donald Trampın imzası ilə verilən bu mükafat onun bütün təhsil uğurlarının zirvəsi oldu”.

Məktəbin direktoru bu münasibətlə ailəyə zəng edərək onları təbrik edib: “Onlar bu naliyyətə bizim qədər sevinirlər. Çünki Xədicənin uğuru onun təhsil aldığı məktəbin də nailiyyətidir”.

İmamverdi İbrahimov deyib ki, Xədicə ABŞ-da doğulsa da, Azərbaycan dilini mükəmməl bilir və arzusu Qarabağa getməkdir: “Biz evdə Azərbaycan dilində danışırıq. Çalışıram ki, övladlarım vətənpərvər ruhda böyüsünlər, düşmənləri, dostları yaxşı tanısınlar.

Övladlarım Azərbaycanın dünəni, bu günü, tarixi haqda məlumatlıdılar. 44 günlük Vətən Müharibəsində mənə Qarabağ haqqında çox suallar verdilər və onları məlumatlandırdım".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİN vətəndaşlara çağırış edir: Diqqətli olun!
Rəisinin həlak olduğu helikopter qəzası necə olub? - Mühəndis Pilot DANIŞDI - VİDEO
Qəzadan sonra hadisə yerində qaçan naməlum adam… – ŞOK VİDEO 

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Küçədə qıza hücum edən şəxs kameraya düşdü (18+VİDEO)
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO