Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45630
az

“Tibbi xidmət tamamilə pulsuz olacaq” – ŞAD XƏBƏR

22:3201 Yanvar, 2021
2123
TİBB
  • A

"Ölkəmizin şimal bölgəsində pilot layihə kimi icbari tibbi sığortanın icrasına başladıq və hazırda 23 rayonda tibbi sığorta tətbiqi davam etdirilir. Türkiyənin tibbi sığorta sahəsi ilə sıx əməkdaşlıq və məlumat mübadiləsi etdik. Yola belə başladıq”.

OXU24.COM  xəbər verir ki, bunu TƏBİB sədri Ramin Bayramlı "Anadolu" agentliyinə Prezident İlham Əliyevin tapşırığı ilə TƏBİB tərəfindən tətbiq ediləcək tibbi sığorta sistemi barədə danışarkən bildirib.


O qeyd edib ki, icbari tibbi sığorta sistemini tətbiq etmək üçün ölkədəki təxminən 3500 xəstəxana TƏBİB-in tabeliyinə verilib. Xəstəxanaların bu sistemin tələblərinə uyğun olması üçün islahatlara başlanılıb.

R. Bayramlı vurğulayıb ki, əslində icbari tibbi sığorta 2020-ci ildə tətbiq olunmalı idi, ancaq epidemiya onu təxirə saldı:


 

"Epidemiyanın yaratdığı problemlərin əksəriyyətini geridə buraxdıq və epidemiya ilə mübarizə təcrübəsi qazandıq. Buna görə də növbəti dövrdə heç bir gecikmə yoxdur. 1 yanvar 2021-ci il tarixindən etibarən tibbi sığorta sistemi Bakı xaric bütün ölkədə tətbiq ediləcək. 2021-ci il aprelin 1-dən isə bu layihə Bakı və ətraf qəsəbələrdə həyata keçiriləcək. Bununla da, bütün ölkədə icbari tibbi sığorta tətbiq olunacaq”.


 

R. Bayramlı bildirib ki, tibbi sığorta mövcud tibbi xidmətlərin əksəriyyətini əhatə edəcək: "Vətəndaşlarımız ölkənin bütün bölgələrində tibbi xidmətlər ala biləcəklər. Tibbi xidmət onlar üçün əlçatan və tamamilə pulsuz olacaq”./"Qafqazinfo”

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fil xəstəliyi nədir?
Camış ətinin bizə bu faydaları var imiş - Mütəxəssis rəyi
Təkrar burun əməliyyatı necə həyata keçirilməlidir? - Lor Sənan Mehdiyevdən AÇIQLAMA

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı