Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45626
az

Türkiyədə koronavirusun ən təhlükəli növü aşkarlandı

21:5401 Yanvar, 2021
2163
DÜNYA
  • A

Türkiyədə koronavirusun yeni ştammına 15 yoluxma aşkarlanıb.

Oxu24.com  “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, virusun aşkarlandığı şəxslər bu günlərdə Türkiyəyə İngiltərədən gəliblər. Hazırda onların səhhəti nəzarət altındadır. Koronavirusun yeni ştammının aşkarlandığı şəxslərin təmasda olduqları şəxslər də karantinə alınıb.

Britaniyadan Türkiyəyə səfərlər müvəqqəti dayandırılıb.

Koronavirusun yeni ştammı ilk dəfə Britaniyada aşkarlanıb. Daha əvvəl Almaniyada, İsveçrədə, Nigeriyada, Kanadada, İtaliyada və digər ölkələrdə də koronavirusun Britaniyada aşkarlanmış ştammına yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, koronavirusun yeni ştammı 70 faiz daha çox yoluxucudur, buna görə də təhlükəli sayılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrakliKobaxidze Prezident İlham Əliyevə başsağlığı verib
Kinorejissor öldü
Rusiya Xarici İşlər Nazirliyi Tramp komandası ilə təmaslardan danışıb

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı