Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45600
az

Şuşa Radio-Televiziya Yayım Stansiyası yayıma başladı (FOTO)

18:2301 Yanvar, 2021
1710
QARABAĞ
  • A

İşğaldan azad olunan ərazilərdə radio və televiziya yayımı məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin (Teleradio İB) mütəxəssisləri Şuşa Radio-Televiziya Yayım Stansiyasının (RTYS) işini bərpa ediblər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, stansiyada rəqəmli TV yayım avadanlığı, anten-fider sistemi və 10 TV kanalın peykdən qəbulu üçün baş stansiya avadanlığı qurulub, istismara verilib.

Avadanlıqların elektrik enerjisi ilə təmin olunması üçün müvafiq işlər görülüb və Şuşa Radio-Televiziya Yayım Stansiyasından normal yayıma başlanılıb.

Artıq respublika üzrə yayımı həyata keçirilən "AzTV”, "Mədəniyyət” TV, "İdman Azərbaycan” TV, "İctimai” TV, "CBC” TV, "CBC Sport”, "Real” TV, "Xəzər” TV, "Azad Azərbaycan” TV və "ARB-24” telekanalları Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrinə yayımlanır.

Eyni zamanda, "Azərbaycan” radiosu və "İctimai” FM radiosu stereo, yəni tam keyfiyyətli rejimdə Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərləri və Xocalı, Ağdam, Bərdə, Göyçay rayonları, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xankəndi və Şuşada xeyli silah-sursat aşkarlandı
Qarabağ Bəyannaməsində xüsusi bənd: TDT dəstək verəcək
Prezidentlər Şuşanı gəzdi

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev