"Türkiyənin müdafiə naziri Hulusi Akarın ilin sonuncu gününü Azərbaycanda keçirməsinin xüsusi əhəmiyyəti var".
Oxu24.com xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.
O, Hulusi Akarın Azərbaycana səfərinin əhəmiyyətini belə şərh edib:
"Birincisi, Türkiyə hərbçilərin Qarabağa gəlişi başlanıb və Hulusi Akarın iştirakıyla keçirilən tədbirdə bunun xüsusi vurğulanmasına ehtiyac var idi.
İkincisi, bu Ankaranın Rusiya və Ermənistana mesajıdır ki, "Türkiyə ordusu artıq Qarabağda yerləşib”.
Üçüncüsü, Hulusi Akar telefon vasitəsilə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycan, Rusiya və Ermənistan auditoriyasına bu mesajını ötürdü: "Türk əsgəri "ölsəm şəhid, qalsam qazi” anlayışı ilə ölkəmizdə və bütün dünyada, başda da Azərbaycanda ona verilən vəzifəni qüsursuz yerinə yetirəcəkdir”.
E.Şahinoğlu bildirib ki, Ermənistanın illərdir Rusiyaya Türkiyəninin bölgəyə yerləşməsinə imkan verməməsi haqda yalvarır:
"Ermənistan rəsmiləri və müxtəlif siyasətçiləri illərdir Rusiyaya yalvarırdılar ki, "Türkiyənin bölgədə yerləşməsinə imkan verməyin”. Bəlkə də Kreml müharibəyə qədər İrəvanın bu yalvarışlarına qulaq verirdi, ancaq hazırda Kreml sahibi özü də etiraf edir ki, heç bir qüvvə Türkiyə-Azərbaycan ittifaqına və Türkiyə ordusunun Azərbaycanda yerləşməsinə mane ola bilməyəcək.
Bizim üçün yeni dövr başlayır. Rusiyalı hərbçilərin erməni separatçılarla birgə Dağlıq Qarabağdakı fəaliyyətləri nəzarət altına alınmalı və məhdudlaşdırılmalıdır. Bu vəzifəni Azərbaycan və Türkiyə hərbçiləri birgə yerinə yetirəcəklər. Ağıl oyunlarının mürəkkəb dövrünə qədəm qoyuruq və 44 günlük müharibədə olduğu kimi bu mübarizədə də qalib olmalıyıq!".
Oxu24.com
ŞƏRHLƏR