Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45540
az

“Şahdəniz”dən Avropaya qaz nəqlinə başlanılması böyük addımdır - Qaxariya

19:3531 Dekabr, 2020
2366
KRİMİNAL
  • A

Xəzər dənizindəki “Şahdəniz” yatağından Avropaya kommersiya məqsədli qaz nəqlinin başlanılması enerji təhlükəsizliyi sahəsində atılmış böyük addımdır.

KONKRET.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri Giorgi Qaxariya bildirib.

Hökumət başçısı deyib ki, Cənub Qaz Dəhlizi layihəsinin əsas məqsədi, həmçinin ümumi Avropa bazarında rəqabətin gücləndirilməsidir. Bu layihə Azərbaycanın “Şahdəniz” yatağından Gürcüstan vasitəsilə Türkiyə və Avropa İttifaqına, Yunanıstan və Albaniyaya qaz çatdıracaq.

Layihənin Gürcüstan üçün əhəmiyyətini qeyd edən Baş nazir deyib ki, əlavə qaz müqaviləsi 2026-cı ilədək qüvvədə olacaq və Gürcüstan sənədə əsasən hər il 500 milyon kubmetrədək qaz əldə edəcək. O bildirib ki, Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsinin həm də mühüm siyasi əhəmiyyəti var. Əgər indiyədək Gürcüstan yalnız regional əhəmiyyətli qaz tranziti ölkəsi idisə, indi artıq beynəlxalq miqyaslı oyunçuya çevrilib. Bundan sonra ölkə ərazisi vasitəsilə nəql olunan qaz beynəlxalq bazarların, əsasən də Avropa İttifaqının energetika bazarlarının şaxələndirilməsində və tədarüklərin təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu