Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4554
az

“Türkiyə üçün fədakarlıq etməliyik” – Fazil Mustafa

19:5516 Avqust, 2018
881
CƏMİYYƏT
  • A
  "Türkiyədə baş verən son iqtisadi çalxalanmalar fonunda Azərbaycandan durub cumhurbaşqanı Ərdoğanı hədəfə alanların məntiqini anlamaq mümkün deyil”.

Oxu24.com xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa özünün feysbuk səhifəsində yazıb.

"ABŞ-la daha necə davranmaq olar, ilk öncə bu sualı doğru-dürüst cavablandırmaq lazımdır. İlk öncə özünüzü qoyun Türkiyənin və Ərdoğanın yerinə. ABŞ Azərbaycandan indiyədək nə istəyib? Sakın özünüzü güldürmək üçün deməyin ki, demokratiya istəyib!!! İstədiyi, ilk öncə Dağlıq Qarabağı mülayim yolla, yəni sülh yolu ilə Ermənistana təhvil verməkdir. Bunun üçün də illərdir, həm separatçı rejimə böyük paralar ayırır, Ermənistanı işğalçı dövlət kimi dəstəkləyir, həm də bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü tanımayan qərarların altına imzasını qoyur. Üstəlik də istədiyi neftdir, paradır, tabeçilikdir! Eyni şeyi təbii ki, bizə qarşı Rusiya da edir. Ancaq böyük dövlətlərlə davranış qaydalarına ciddi əməl etməklə yanaşı sonda bizim də bir qırmızı cizgimiz var və hansısa məqamda öz dövlət şəxsiyyətimizi qorumaq üçün hansısa təhdidlər olduğunda dirəniş göstərməyə hazır olmamalıyıqmı? İndi Türkiyədə ABŞ-ın əsas götürdüyü bir rahib bəhanəsini kənara qoyaq. Adamlar Türkiyədə legitim hakimiyyəti devirmək istəyən qüvvələri, PKK və FETÖ terrorçularını açıqca dəstəkləyir, Suriyada və İraqda Türkiyənin maraqlarını çeynəyir, müttəfiqlik öhdəliklərinə əhəmiyyət vermir, sonda da özünün savaşdığı qüvvələrlə Türkiyənin də əsassız olaraq savaşmasını istəyir. Baxın, Türkiyənin təbii qaz ehtiyatının 17 faizini İran təmin edir, ABŞ da bildirib ki, kim İranla ticarət etsə, mənimlə dost olmayacaq, itkilərin də kompensasiyasını ödəməyəcəyəm, o halda Türkiyə qazsızmı qalmalıdır?” – deyə deputat qeyd edib.

Fazil Mustafa bildirib ki, yenə neft üçün alternativlər mövcuddur, qaz məsələsi isə birbaşa iqtisadiyyatın təməlini sarsıda bilər: "İndi bu rahib məsələsi olmasaydı, İranla ticarət anlaşmasına sadiq qaldığına görə eyni gömrük dezavantajını ABŞ Türkiyəyə tətbiq etməyəcəkmiydi? Az qala Türkiyənin böyür-başında Bərzaniyə dövlət qurdurmaq istəyən ABŞ deyildimi? Həm də unutmayaq ki, ABŞ faktik olaraq böyründəki Kanadadan, Meksikadan, Venesueladan, bizlərə yaxın Rusiyadan, İrandan, Çindən və ən əsası da Avropa Birliyindən də kobud şəkildə tabeçilik tələb edir, şəxsiyyətinə, maraqlarına hörmətsizlik göstərilən yalnız Türkiyə deyil ki?... Bu dövlətlər də terrorçularla işbirliyi içində olan rahibi ev həbsində saxlamırlar ki?! Siyasətdəki davranışlarda, deyimlərdə, üslublarda yanlışlar ola bilər, lakin bu məsələdə Türkiyənin dirənişi və Ərdoğanın cəmiyyəti açıq şəkildə bu dirənişə səfərbər etməsi doğru addımdır. Bu cür çalxalanmalar cəmiyyətin dinamizmini bir çox hallarda gücləndirməklə yanaşı, boşluqların və natamamlıqların da daha ciddi idrak olunmasına imkan yaradır. Azərbaycan da həm dövlət olaraq, həm də cəmiyyət olaraq Türkiyə üçün məhz bu məqamda gücü yetən fədakarlığı etməlidir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Təcili: Dubay - Moskva reysi ilə uçan təyyarə Bakıya eniş etdi -FOTO
Sağ qalan bələdçidən videolarının mahnı ilə paylaşılmasına etiraz: "Aktrisa deyiləm..."
Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu seçildi

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi