Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45537
az

“Xanlar Vəliyevə sual vermək istəyirəm ki, niyə bu vəhşiliyə görə ermənilərə cinayət işi açılmır?"

19:2531 Dekabr, 2020
2409
CƏMİYYƏT
  • A

Ötən gün sosial şəbəkələrdə erməni əsgərlərin növbəti vandalizmə əl atmaları ilə bağlı video yayılıb. Videoda erməni terrorçuları Azərbaycan əsgərinin nəşinin üzərinə benzin tökərək vəhşicəsinə yandırır. Bu hadisə azərbaycanlılar tərəfindən qəzəblə qarşılanıb.

Ağ Partiyanın sədri Tural Abbaslı KONKRET.az-a erməni vandalların növbəti vəhşiliyi ilə bağlı kəskin mövqeyini bildirib: “Onlar əsgərimizin mübarək nəşini benzin tökərək yandırıblar. Kadrlardan da görünür ki, əsgərimizin nəşini yandıranlar heç də təsadüfi insanlar deyil, hərbçilərdir. Əyinlərində hərbi forma, əllərində də silah var. Bu o deməkdir ki, onlar nizami ordunun tərkib hissəsidir. Ona görə də biz bu məsələnin dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlər görməliyik.

Eyni zamanda, bu vəhşilərin tapılaraq cəzalandırılmasını dünya ictimaiyyətindən tələb etməliyik. Hansı ki, həmin ictimaiyyət qeyri-qanuni şəkildə, oğurluqla tikilmiş kilsənin divarının 3 kərpici düşdüyünə görə bizə sanksiya tətbiq etməyə hazırlaşırdı. İşğaldan azad edilmiş ərazilərimizdəki dırnaqarası kilsələrdən guya narahatlıq keçirən, ikiüzlülük sərgiləyən dövlətlərdən tələb etməliyik ki, erməni vandalların özlərinin çəkib yaydıqları videoya reaksiya versinlər. Eyni zamanda, mən yanında qardaşları, döyüş yoldaşları şəhid edilən oğullarımıza əsəblərini cilovlaya bilməyərək hansısa Aşotun və Vazgenin qəbir daşına təpik atdığına görə fəxrlə cinayət işi açan Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevə  sual vermək istəyirəm ki, niyə bu vəhşiliyə görə ermənilərə cinayət işi açılmır?”.

Partiya sədri qeyd edib ki, belə məsələlərdə dünyanın xoşuna gəlməyə çalışmaq lazım deyil: “Çünki dünya çoxdan ədalət hissini itirib, düzgünlüyü maraqlarına qurban verib.  Mən bir daha müvafiq orqanları, diaspor nümayəndələrini, Baş Prokurorluğu, Xarici İşlər Nazirliyini bu məsələyə ciddi yanaşmağa çağırıram. Bu video bizim erməni vəhşiliyini dünyaya çatdırmaq üçün fakt materialdır. O görüntülər bizim ermənilərlə birgə yaşaya bilməyəcəyimizin daha bir əyani sübutudur. Həmçinin, Baş Prokurorluğumuz üçün Azərbaycan vətəndaşına qarşı törədilən vəhşilikləri sübut edərək cinayət işi açmaq üçün dəlildir. Biz o dələduzların və şərəfsizlərin cəzalandırılmasını qarşı tərəfdən tələb etməliyik. Ən azı arada sülhməramlılar var.

Mən deyərdim ki, bəlkə də həmin ermənilər hələ də Qarabağ ərazisində yaşayan ermənilərdir, oradan getməyiblər. Onlar Rüstəm Muradovun gətirdiyi ermənilərin içərisində də ola bilərlər. Yəni biz vətəndaşlarımızın arxasında durduğumuzu bütün dünyaya nümayiş etdirməliyik”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zukerberqi də Durovun taleyi gözləyir?
Müdafiə Nazirliyi məlumat yaydı -VİDEO

Horadizdə ev yandı


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Nəsimidə 1 nəfər intihara cəhd etdi