Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45529
az

Ərdoğan Qarabağdakı türk əsgərlərə səsləndi: “Mən ölsəm də…”

14:4631 Dekabr, 2020
28371
DÜNYA
  • A

"Azərbaycanı bütün beynəlxalq platformalarda dəstəkləyirik”.

Oxu24.com  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağdamda yerləşəcək Qarabağda atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edəcək türk hərbçilərə xitabında deyib.

O, Türkiyə ilə Azərbaycanın "Bir millət, iki dövlət” yanaşmasını, qəlblərinin bir-birinə bağlı olduğunu bildirib:

"Türk hərbçilərin Azərbaycanda varlığı ölkələrimiz arasındakı münasibətlərin gəldiyi nöqtəni göstərən bir şərəf əlamətidir. Azərbaycanla Ermənistan arasında atəşkəsin tətbiq olunmasını izləmək üçün bölgədə xidmət edəcək dəyərli əsgərlərimizə uğurlar arzulayıram. Atəşkəsə riayət etmək üçün qurulacaq mərkəzin ən qısa müddətdə işə düşəcəyini ümid edirəm. Atəşkəsi pozmağa cəhd göstərən erməni qüvvələrinə bir an əvvəl bu səhv yoldan qayıtmağı tövsiyə edirəm.

Keçmişi şan və şərəflə dolu olan Türkiyə ordusu bu gün üç qitədə xidmətinə davam edəcək. Mən ölsəm, şəhid olsam, türk əsgəri bütün dünyada və Azərbaycanda ona verilən vəzifəni yerinə yetirəcək.

Suriyadan Liviyaya, Somalidən Kosovoya, Əfqanıstandan Qətərə qədər bir çox yerdə sülhün, əmin-amanlığın və sabitliyin qorunması üçün mübarizə aparan bütün əsgərlərimizə uğurlar arzulayıram. Rəbbim bizim köməyimiz olsun. Azərbaycandakı dəyərli əsgərlərimizi bir daha ürəkdən təbrik edirəm və sizi Yeni il münasibətilə təbrik edirəm”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

21 il sonra ilk: Ərdoğan nazirləri bu saraya topladı
Ukrayna yüzlərlə rusu əsir götürüb
Natanyahudan İran və "Hizbullah"a SƏRT XƏBƏRDARLIQ: "Bu, hekayənin sonu deyil"


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Nəsimidə 1 nəfər intihara cəhd etdi