Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45519
az

Sərrast atışları ilə düşmənin canlı qüvvəsini və texnikasını məhv edən qəhrəman - VİDEO - FOTO

01:5931 Dekabr, 2020
11104
HƏRBİ
  • A

Vətən müharibəsində qəhrəmanlıq göstərək şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçülərdən biri də Cəlilabad rayonunun Cəfərxanlı kəndində doğulub boya-başa çatmış Səyadulla Əhmədovdur.

Oxu24.comAZƏRTAC-a istinadən bildirir ki, ailənin ilk övladı olan Səyadulla zəhmətsevərliyi ilə seçilirdi. Onun bu işgüzarlığı Vətən müharibəsində komandirlərinin də diqqətindən yayınmadı. 22 yaşlı döyüşçünü yüksək peşəkarlığına görə tağım komandiri təyin etmişdilər. O, sərrast atıcı kimi döyüşlərdə həmişə öndə gedirdi.

Səyadulla Vətən müharibəsində cəbhənin cənub istiqamətindəki döyüşlərdə sərrast atəşlə dəfələrlə düşmənin canlı qüvvəsini və texnikasını məhv etmişdi. İgid döyüşçü oktyabrın əvvəlində növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub...

44 günlük Vətən müharibəsinin ilk günlərində Səyadulla kimi cəsur əsgər və zabitlərin hərbi uğurları sonradan Qubadlı, Zəngilan, eləcə də digər ərazilərimizin işğaldan azad olunmasına yol açdı. İndi isə bu yol bizi Qarabağa aparır...

Qeyd edək ki, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının bir qrupu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif ediliblər. Onların arasında cəlilabadlı əsgər Əhmədov Səyadulla Rasim oğlunun da adı var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün şəhid polkovnik-leytenant Raquf Orucovun doğum günüdür
Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev