Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45475
az

Mart ayında toylar BU ŞƏRTLƏ keçiriləcək - AÇIQLAMA

14:1230 Dekabr, 2020
3120
CƏMİYYƏT
  • A

Azərbaycanda artıq 1 ilə yaxındır ki, koronavirus pandemiyasına görə toyların və kütləvi şənliklərin keçirilməsi qadağandır. Qeyd edək ki, yanvarın 18-nə kimi Azərbaycanda sərt karantin rejimi tətbiq edilir. Artıq sərt karantin rejimin müsbət nəticələri hiss olunur. Belə ki, gündəlik koronavirusa yoluxanların sayı 4000-dən 1000-nə düşüb, sağalanların sayı isə yoluxanlardan 4 dəfə çoxdur. Bundan əlavə, yanvarın əvvələrindən də ölkə ərazisində vaksinasiyanın başlanması gözlənilir. Əgər vaksinasiyadan sonra yoluxanların sayı mart ayına kimi minumuma düşərsə, maartda 40-50 nəfər qonaqla, açıq havada toyların keçirilməsimə icazə verilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, toyla bağlı suallar çoxdur:

"Bilirsiniz ki, son günlər yoluxma sayında xeyli azalma var və yaxın günlərdə də Azərbaycanda vaksinasiyanın başlanması gözlənilir. Kütləvi şəkildə vaksinasiya aparıldıqdan sonra dövlət görsə ki, təhlükə yaradan amillər minimuma düşüb, o zaman toyların keçirilməsinə icazə verilə bilər. Çünki toyların keçirilməməsi çox böyük problemlər yaradır. Düzdür, sadəcə nikaha girib ailə quran gənclərimiz də var. Ancaq kütləvi şəkildə qonaqları dəvət etmək istəyən gənclərimiz hələ də gözləyir. Düşünürəm ki, ən əsas 3-cü dalğanın olmamasıdır. Vaksinasiyadan sonra gündəlik yoluxanların sayı 2 rəqəmliyə düşsə, 40-50 nəfərlə, açıq havada və bu kimi digər şərtlərlə toyların keçirilməsinə icazə verə bilər. Ancaq 3-cü dalğa başlasa, yoluxma sayı yenidən artsa və mart ayına kimi kütləvi vaksinasiya həyata keçirilməsə, toylara qoyulan qadağa qüvvədə qalacaq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsan orqanizmində yeni həyat forması tapıldı
Yeni il axşamı zəlzələ olacaq
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu