Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45463
az

Azərbaycanda 2 həftəlik ən sərt qadağa gəlir,30 dekabr... - AÇIQLAMA

22:5029 Dekabr, 2020
11195
REDAKTORUN SEÇİMİ
  • A

Son günlərin yoluxma sayı və ölənlərin statistikasi ürək açan deyil. Belə ki, günlük yoluxmaların sayı çox, ölənlərin sayı isə 40-dan çox olur.

Oxu24.com  xəbər verir ki, bir çox mütəxəssislər yoluxmaların artma səbəbini avtobuslardakı sıxlıqla əlaqələndirirlər. Bir neçə gün öncə keçirilən Operativ Qərargahın brifinqində 2 həftəlik sərtləşmələrin olacağı ilə bağlı xəbərdarlıq edildi. Gələn həftə sərtləşmə olarsa, avtobusların fəaliyyətinə 2 həftə məhdudiyyət qoyula bilərmi?

Azerforum.com bildirir ki, bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, iki həftəlik avtobusların fəaliyyətinə məhdudiyyət qoyula bilər:

"Düşünürəm ki, qoyulmalıdır. Əgər təcili tədbirlər görülməsə, gündəlik yoluxma 5000-ni keçə bilər. Bu gün əsas yoluxma mənbəyi ictimai nəqliyyatdakı sıxlıqdır.

İnsanlarımız avtobuslarda maskadan düzgün istifadə etmir. Avtobusa minən kimi maskanı çənəyə endirirlər. İnsanlarımız anlamalıdır ki, yoluxmaların sayının kəskin artması xəstəxanalarda yer və dərman çatışmazlığına gətirib çıxara bilər. Hesab edirəm ki, apreldəki karantin rejiminə qayıtmalıyıq. Aptek və marketlərdən başqa digər iaşə obyektlərinin fəaliyyətinə 2 həftəlik də olsa məhdudiyyət qoyulmalıdır. Ən önəmlisi isə maskaların istifadəsinə nəzarət gücləndirilməldir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Qara qutu" tapıldı
Azər Zahid haqda həbs qərarı verildi
"Kəlmeyi-şəhadət" gətirib sağ qalan kişi +VIDEO

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı