Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45438
az

Suqovuşan və Talış kəndlərinə gedən yolların tikintisi 1-ci mərhələ üzrə yekunlaşıb - VİDEO - FOTO

17:5529 Dekabr, 2020
4084
CƏMİYYƏT
  • A

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, 3 oktyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpası istiqamətində aparılan işlər artıq 1-ci mərhələ üzrə yekunlaşdırılıb.

Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən xəbərə məlmata görə, ümumi uzunluğu 28.5 km olan Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları 2 texniki dərəcəyə uyğun olaraq 1-ci mərhələ üzrə bərpa edilib. 2 geniş hərəkət zolağından ibarət olacaq yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edir.

Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdır. Bu səbəbdən də yol boyu yararsız qrunt qazılaraq çıxarılıb, yararlı qruntla əks-dolğu işləri aparılıb, torpaq yatağı genişləndirilərək profilə salınıb və optimal-qırmadaş, qum çınqıl qarışıqlarından yeni yol əsası inşa edilib.

Tikinti işləri "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılıb. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Artıq yolun Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan 21 km, həmçinin Suqovuşandan Talış kəndinə doğru uzanan 7.5 km-lik hissələri üzrə yeni yol yatağının, həmçinin yol əsasının inşası işləri başa çatıb və sözügedən yollara aşınma qatına qədər yeni asfalt-beton örtüyü döşənib. Yeni asfalt-beton örtüyünün döşəndiyi sahə 250 min kv.m-dən çoxdur.

Avtomobil yolları boyunca suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametrli yeni suötürücü dəmir-beton boruların və boru başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası, həmçinin düzbucaqlı su keçidlərinin inşası, zəruri olan yerlərdə avtoqreyderlə küvetlərin açılması işləri də aparılaraq yekunlaşdırılıb.

Bundan başqa, layihə üzrə avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün yol boyu yol nişanı və məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirəkləri, həmçinin avtonəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə zəruri olan ərazilərdə yol kənarlarına əyri-xətli dəmir tirlər quraşdırılıb. Bundan başqa yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri də icra olunub. Kompleks şəkildə görülən bu işlər bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyi üçün hesablanıb.

Növbəti mərhələdə Çaylı kəndindən Talış kəndinə qədər uzunluğu 8 km olan yolun, həmçinin Talış kəndindən Goranboy rayonunun Tap Qaraqoyunlu kəndini keçməklə Naftalan şəhərinə doğru 22 km uzunluğa malik yeni yolun inşası da planlaşdırılır. Sözügedən avtomobil yollarının birləşdirilməsi ilə Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq.

Xatırladaq ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar ulu öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsan orqanizmində yeni həyat forması tapıldı
Yeni il axşamı zəlzələ olacaq
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı