Qafqaz Müsəlmanları İdarəsi vətəndaşlara qarşıdan gələn Qurban bayramı ilə bağlı tövsiyyələr verib. Milli.Az bildirir ki, tövsiyyələrdə qurban üçün hansı heyvanları seçilməsi, neçə nəfərin hansı heyvanı qurban kəsə bilməsi ilə bağlı tələblər də yer alıb. İdarənin Fətva şöbəsinin baş mütəxəssisi Ağa Seyid Yaqublu bildirir ki, qurbanlıq heyvan alarkən islamın bəzi qaydalarına riayət olunmalıdır...
Kənd Təsərrüfatı Nazirliyi də vətəndaşlara qurban bayramı üçün sağlam heyvan almaq barədə tövsiyyələr verib. Nazirliyin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Asəf Ömərov bildirir ki, qurbanlıq heyvan alan zaman onların qulaqlarında baytarlıq nəzarətindən keçdiyini bildirən nişan olub-olmamasına xüsusi diqqət edilməlidir.
Nazirliyin şöbə müdiri onu da bildirir ki, xaricdən gətirilən və yüksək məhsuldarlığı ilə seçilən cins heyvanların qurban kimi kəsilməsi məqsədəuyğun deyil.
Asəf Ömərov deyir ki, bu heyvanların sayı doğduqları balaları ilə bərabər 35 minə yaxındır. Bu sortlar gələcəkdə Azərbaycanda heyvandarlığın inkişafında böyük rol oynayacaq. Ona görə onların qorunması vacibdir. Nazirliyin şöbə müdiri onu da vurğulayır ki, vətəndaşlar qurbanlıq heyvan alarkən ağzından selikli maye axan, hansısa zəiflik, xəstəlik gördükləri heyvanları da almasınlar. Oxu24.com
ŞƏRHLƏR