Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4535
az

Bakının bir neçə rayonunda qaz olmayacaq

21:4815 Avqust, 2018
870
CƏMİYYƏT
  • A

  Bakı şəhərinin Nizami, Xətai və Nərimanov rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Oxu24com bildirir ki, "Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, avtomobil yolunun tikintisi sahəsinə düşən yeni çəkilmiş diametri 530 mm-lik Əzizbəyov dairəsi Modul "30-cu sahə Qaz Paylayıcı Stansiyası" magistral qaz kəmərinin 294 metr hissəsinin və diametri 325 mm-lik, "30-cu sahə-Qazanlar Qaz Paylayıcı Stansiyası" magistral qaz kəmərinin 125 metr hissəsinin mövcüd şəbəkəyə birləşdirilməsi ilə bağlı texniki səbəblərdən qaz təchizatının dayandırılmasının 14.08.2018-ci il tarixindən 16.08.2018-ci il tarixinə keçirilməsi zəruriyyəti ilə əlaqədar, sabah saat 10:00-dan təmir işləri tamamlananadək qaz məhdudiyyəti olacaq.

Görülən zəruri təmir işlərinin Sabunçu rayonu Bakıxanov qəsəbəsinin də bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. "Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı
Bakıda COP29-un keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü