Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45334
az

Özünə ad günü keçirən direktor işdən çıxarıldı - RƏSMİ

13:5228 Dekabr, 2020
5520
CƏMİYYƏT
  • A

Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə 28 dekabrdan xitam verilib.

Oxu24.com  xəbər verir ki, bu barədə Təhsil naziri müvafiq əmr imzalayıb.

Qeyd edək ki, ötən həftə Nailə Məmmədova karantin qaydalarını pozmaqla gündəmə çevrilmişdi. 187 nömrəli tam orta məktəbin sabiq direktoru evində təşkil etdiyi doğum günü məclisi ilə karantin qaydalarını kobud şəkildə pozmuşdu.

O, fərdi yaşayış evində təşkil etdiyi məclisə onlarla şəxsi dəvət etmişdi. Sabiq direktor həmçinin məclisə müğənnilər də çağırmışdı.

Nailə Məmmədovanın evində baş tutan məclisdən çəkilən videogörüntülər sosial şəbəkələrdə etirazla qarşılanmışdı.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Dedim, çatan kimi xəbər et ki, ana, sağ-salamatam...” - Video
Qəzada bu şirkətin 2 əməkdaşı    həlak     olub
Hökumənin ailəsi VİDAYA HAZIRLAŞIR - FOTOLAR

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı