Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45322
az

SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı: Şəhid və yaralımız var

11:2528 Dekabr, 2020
5183
HƏRBİ
  • A

Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.

Müdafiə Nazirliyindən  Oxu24.com-a  bildirilib ki, nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur.

Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib. 

"Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcək.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!" - deyə nazirlikdən bildirilib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Birləşmiş Ştatlar Avangardın qarşısını almaq ehtimalını qiymətləndirdi
Ukrayna yeni tanklar və hava hücumundan müdafiə vasitələri aldı
ABŞ PKK-ya silah ötürür

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı