Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45316
az

Paşinyandan müharibə ilə bağlı sensassion açıqlama: Gizlədilən bu faktı açıqladı

09:4028 Dekabr, 2020
4540
DÜNYA
  • A

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Azərbaycan ilə müharibədə (İkinci Qarabağ müharibəsi – Red) erməni tərəfinin məğlubiyyətinin səbəblərini başa düşmək lazımdır.

"Report”un məlumatına görə, bu barədə Nikol Paşinyan Ermənistanın "İctimai” televiziyasında müsahibəsində bildirib.

"Bu məğlubiyyətin səbəblərini başa düşmək çox vacibdir. Müharibə ilə bağlı bütün həqiqəti ortaya qoymağı özümə borc bilirəm”- Paşinyan bildirib.

"İki gün əvvəl könüllülərlə danışdım. Bir dəstə necə silah almağa çalışdıqlarını izah ediblər. Onlara silah verməkdən imtina edən konkret şəxsin adını çəkiblər. Silahlanmaq üçün anbar qapılarını sındırmağa məcbur olublar, anbarın silah və sursatla dolu olduğunu görüblər. Bu təsdiqlənərsə, bu məğlubiyyətin səbəblərindən biri ola bilər” deyə, o əlavə edib.

Paşinyan həmçinin, bu ifadələrin düzgünlüyünə tam inanmadığını deyib:

"Bir şeyə əmin olmalıyam: anbar dolu idi və insanlara silah verilmədi. Bu müharibə ilə bağlı bütün həqiqətlər açıqlanmalıdır. Bəlkə də nə isə düz deyilmir. Xüsusi adlar səslənir, bəlkə də yalandır, bilmirəm. Buna aydınlıq gətirilməlidir. Çünki, müxalifətlə əlaqəsi olan insanlar var”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrəvandan Bakıya 66 reys  həyata    keçirilib
Cənubi Koreya prezidenti həbs oluna bilər
Rusiyada ticarət mərkəzində partlayış- Ölən və yaralılar var

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bank kartından      oğurluq      edildi