Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45308
az

Həyatda müvəffəq olmağın yolu nədən keçir?

23:5927 Dekabr, 2020
7865
CƏMİYYƏT
  • A

Əgər Qurani-Kərimdə düyünlərin açılması üçün bir resept axtarsaq, bu ayə qarşımıza çıxacaqdır: "Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik". ("Taha" 124).

Ayənin mənası budur ki, əgər dünyanın ən zəngin insanı olsan belə, Allahı yada salmırsansa - həyatın çətin olacaqdır. Ruhun hüzur tapmayacaqdır.

İnsan hər nə qədər sərvətə malik olursa-olsun, onun üçün yenə də azdır və nəyisə çatışmır. İnsan malik olmadıqlarına görə qüssə yeyər və əlində olanları itirəcəyinə görə isə narahat olar. Ancaq əgər insan Allahı hər bir halda yada salarsa, bu narahatlıq və qüssə onu tərk edər. İnsan təkəbbürdən, həsəddən, tamahdan və başqa rəzil sifətlərdən nicat tapar.

Əgər biz Allahı yada salsaq, Allah da bizi yada salacaqdır. Qurani-Kərimdə buyurulur: "Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım". ("Bəqərə" 152).

Bizim nə qədər Səni yada salmağa ehtiyacımız vardır, Allahım!

Ya Rəbb, bizləri o kəslərdən qərar ver ki, bir an belə Səni yada salmaqdan qafil deyildirlər!

İlahi, bizə nemətlərini görə bilən gözlər əta et!

Allahım, bizi dərgahında şükür edənlərdən qərar ver! Amin

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qışda kondisionerdən istifadənin zərərləri
Azərbaycanlı idmançı öldü - FOTO
Qəzada həlak olan 13 yaşlı Məhəmmədəlinin FOTOSU

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı