Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə üzrə xüsusi karantin rejiminin müddəti yanvarın 31-dək uzadılıb.
Oxu24.com xəbər verir ki, sərt karantin dövründə qaydalara məhəl qoymayanlar az deyil.
Belə ki, vətəndaşlar sərt karantin rejiminin tələblərini pozaraq bölgələrə səfər etməyə cəhd göstərirlər.
Lakin polis postlarında onların icazələrinin olub-olmaması yoxlanılır. Bundan əlavə rayonlara daxil olmaq üçün müvafiq ezamiyyə kağızları tələb edilir. Əks halda vətəndaşlar geri qaytarılır.
İctimai TV-nin hazırladığı süjeti təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR