Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45285
az

Hafiz Hacıyev Xankəndinin meri olmaq istəyir: “Bunu ən yaxşı mən bacararam”

20:1127 Dekabr, 2020
3081
CƏMİYYƏT
  • A

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Xankəndi şəhərinin meri olmaq istəyir.

Oxu24.com xəbər verir ki, bu barədə o, “Space” TV-nin “Qırmızı xətt” verilişindəki çıxışı zamanı bildirb.

H.Hacıyev deyib ki, ondan başqa heç kim Xankəndidə yaxşı qayda-qanun yarada bilməz.

Partiya sədri Xankəndidə yaşayan ermənilərin dilini ondan yaxşı heç kimin bilmədiyini vurğulayıb.

“Mən Qarabağ ermənilərini öz bildikləri dildə başa salacam ki, əgər bizimlə yanaşı yaşayırsınızsa yaşayın, yaşamaq istəmirsinizsə, öz xoşunuzla buranı tərk edib gedin”.

Hafiz Hacıyev hazırda Xankəndidə məskunlaşan separatçı tör-töküntünün başçısı Araik Arutunyan və onun əlaltılarından qorxmadığını, onların öhdəsindən gələ biləcəyini qeyd edib.

“Mən ermənicə də yaxşı bilirəm və qısa zamanda Xankəndidə qayda-qanun yaradacam”, – H.Hacıyev əlavə edib.

Hafiz Hacıyev Xankəndi şəhər İcra Hakimiyyətinə rəhbər göndərilməsi üçün Azərbaycan hökumətinə müraciət edib.

“Mən ölümdən qorxmuram və təşkil edib məni göndərsinlər Xankəndiyə”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsan orqanizmində yeni həyat forması tapıldı
Yeni il axşamı zəlzələ olacaq
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı