Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45261
az

Akardan SƏRT AÇIQLAMA: bu qüvvələr hədəf olacaqlar

16:5227 Dekabr, 2020
3792
DÜNYA
  • A

“Hərbi cinayətkar, qatil Haftar və onu dəstəkləyənlər bilməlidirlər ki, türk qüvvələrinə ediləcək hansısa hücum cəhdində Haftar ünsürləri qanuni hədəf olaraq görüləcək”.

Oxu24.com  xəbər verir ki, bu sözləri Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Liviyada məsul olan hərbçilərlə görüşü zamanı deyib.

Akar 83 milyon əhalinin təhlükəsizliyini təmin edən Türkiyə Silahlı Qüvvələrinin Liviyanın, həmçinin Azərbaycan və Kipr kimi dost və qardaş ölkələrin də təhlükəsizliyinə qatqı təmin etmək üçün səy göstərdiyini dilə gətirib:

“Türkiyə başda qonşuları olmaqla bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır. Liviyada əsas problem Haftar və tərəfdarlarıdır.

Təəssüf ki, dünya bunlara qarşı susmağa davam edir, amma inanırıq ki, Milli Barışıq Hökuməti insanlığa qarşı bu cinayətlərə göz yummayacaq.

Beynəlxalq Cinayət Məhkəməsindəki istintaqın davam edəcəyinə və lazımi araşdırmaların aparılaraq hesabat veriləcəyinə inanırıq”, - nazir qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Suriyadan xəbər var
"Mer"in maşının partlatdılar
Gürcüstanın pulu kəsildi

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu