Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45254
az

Başında bayraq,əlində balta: Başıbəlalı  məktəb direktoru niyə vəzifədə qalır? - Vəkil hüquqi detalları açdı

13:3527 Dekabr, 2020
7278
ÖZƏL BÖLÜM
  • A

 

Günlərdir  yerli  mediada  187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova evində təşkil etdiyi doğum günü məclisi ilə karantin qaydalarını kobud şəkildə pozulması cidi tənqidə məruz  qalıb.Bunun ardınca  direktorun daha bir  xoşagəlməz  videosu  yayıldı. O,Azərbaycan  Bayrağını boynundan  asaraq  ət  doğrayır. Daha bir  videoda  isə  məktəb  direkotoru  "10 minlərlə  şəhid  vermişik" sözlərinin əks  olunduğu mahnının  fonunda  rəqs  edərək  video  paylaşıb.

 

 

Qeyd  olunan  görüntülər  cəmiyyətdə  ciddi  qınağa  və  hiddətə  səbəb olub. Məktəb  direktorunun  qeyd  olunan  əməllərinə  Təhsil  Nazirliyi  yalnız  Töhmət  verməklə  kifayətləndi. Daxili  İşlər  Nazirliyi  isə  müvafiq  məbləğlə  direktoru  cərimələdi.

Qeyd  olunan  cəzalar  cəmiyyəti  razı  salmadığından narazılıq  hələ  də  davam  edir.

Cəmiyətdə haqlı  olaraq  yaranan  suallara  bu  günə  kimi  Təhsil  Nazirliyi  hələ  də  açıqlama  verməyib.

Bəs  məsələnin  hüquqi tərəfinə  baxdıqda  nələr  görünür?

Oxu24.com  saytı  mövzu  ilə  bağlı  tanınmış  vəkil  Sadiq  Əfəndiyevlə  əlaqə  saxlayıb.

Vəkilin  sözlərinə  görə,. Azərbaycan Respublikasının Konstitusiyasında qanunlara əməl etmək hər bir şəxsin vəzifəsi kimi müəyyən edilmişdir.

 

"Söhbət müəllimlərdən getdikdə isə onlar ikiqat vəzifə daşıyırlar. Çünki onlar həm bir vətəndaş olaraq dövlətinin qanunlarına əməl etməli, həm də təhsil verdikləri şəxslərə qanunlara hörmət və qayğı hissləri aşılamalıdırlar.

Təhsil haqqında qanuna və Təhsil Nazirliyinin təsdiq etdiyi müəllimlərin etik davranış qaydalarına görə müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur.

O, şəxsi nümunəsi ilə təhsilalanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissi aşılamalı, şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına riayət etməlidir.

Başqalarına qanunlara və dövlət rəmzlərinə hörmət və qayğı hissi aşılamalı olan bir şəxsin özünün qanunlara əməl etməməsi və dövlət rəmzinə hörmətsizlik göstərməsi digər qanun pozuntuları ilə yanaşı qəbuledilməz bir intizam pozuntusudur.

Bu cür intizam pozuntusunun iş vaxtında yaxud iş vaxtından kənar törədilməsi, eləcə də pozuntunu törədən şəxsin digər hüquqi məsuliyyətə cəlb edilməsi intizam tədbirlərinin görülməsinə mane olmur və hər bir halda pozuntuya yol vermiş müəllimin barəsində rəhbərlik tərəfindən Əmək Məcəlləsinə uyğun olaraq ciddi intizam tədbiri görülməlidir.", deyə  vəkil açıqlamasında  bildirib.

Qeyd edək ki, məktəb direktorunun adı  illər  öncə  daha  bir qalmaqalda hallanıb. O, jurnalistin ondan  rüşvət tələb  etməsi  iddiası ilə məhkəməyə  müraciət  etmişdi. Qeyd olunan  hadisə  mətbuatda  böyük  əks-səda  doğurmuşdu.

Hazırladı: Miri Məcidli

Oxu24.com 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəzaya uğrayan təyyarənin radar görüntüləri yayılıb
Meyiti tapılanda qolunda şpris qalıbmış - ŞOK DETAL
Məhkəmə Xoşqədəmlə bağlı qərar çıxardı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü