Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4524
az

Hacıqabulda alman uşağı zəhərləndi – Almaniyadan təyyarə göndərildi

11:1815 Avqust, 2018
900
CƏMİYYƏT
  • A
 Azərbaycanda zəhərlənən 5 yaşlı almaniyalı uşaqla bağlı ətraflı məlumat yayılıb.

Baku.ws-in məlumatına görə, Azərbaycana gəzməyə gəlmiş Almaniyalı ailənin 5 yaşlı oğlu Hacıqabulda səhvən qarışqa zəhəri içərək zəhərlənib.

Hacıqabul təcili tibbi yardım əməkdaşları uşağın vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Lakin sonradan uşağın vəziyyətinin pisləşdiyini görən ailə Şirvan mərkəzi xəstəxanasına müraciət ediblər.

Xəstəxanada uşağa qaytarması üçün marqanis içizdiriblər. Amma uşağın vəziyyətində dəyişiklik olmadığından onun mədəsini yuyublar.

Nəticədə uşağın vəziyyəti daha da pisləşib.

Komaya düşən uşağın valideynləri Bakıdan həkim gətirilməsini tələb etsələr də, xəstəxananın baş həkimi buna ehtiyac olmadığını bildirib.

Lakin valideynlərin israrından sonra Toksikologiya Mərkəzindən həkim gətizdirilir.Həkim uşağı 3 saat əziyyətdən sonra komadan çıxarıb. Daha sonra uşaq tam sağalmadığı üçün Bakıya gətirilir.Ailə isə təcili Bakıdakı alman konsulluğuna müraciət edərək Almaniyadakı ADAC sığorta şirkəti ilə əlaqə yaradır.

ADAC tərəfindən göndərilən təyyarə ilə uşaq Hamburga, “Toxikologische Klinikum”a gətirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlkin Süleymanovun məhkəməsi: Bəraət verildi?
XƏBƏRDARLIQ! Bu ərazilərdə daşqın gözlənilir
Prezident onu sədr təyin etdi  -  SƏRƏNCAM

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bank kartından      oğurluq      edildi